"Kamran Ağayevi qış fasiləsinədək heyətə qaytarmağa çalışacağıq". Qol.az-ın məlumatına görə, bu sözləri "Boavişta"nın baş məşqçisi Migel Leal komandalarının qapıçısı, millimizin üzvü Kamran Ağayevin durumu haqda danışarkən bildirib. Klubun saytının yazdığına görə, keçirdiyi mətbuat konfranslnda o bildirib ki, K.Ağayev zədəsi səbəbindən ölkə çempionatının sabah "Pakoş de Ferreyra"ya qarşı keçiriləcək səfər matçında oynamayacaq.
K.Ağayevdən başqa, komandanın digər aparıcı oyunçusu Fabio Eşpinyo da zədəlidir: "Onlar hər ikisi bu matçı buraxacaq. Yalnız qələbə haqda düşünürük. Azarkeşlərimizə müraciət edərək onlara komandaya dəstək olmağa çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB