“Liverpul” 3:1 udduğu oyunu uduzdu

“Liverpul” 3:1 udduğu oyunu uduzdu

Bu gün İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam etdirilib. Qol.az-ın xəbərinə görə, çempionluq uğrunda yarışan "Liverpul" bu turda üç mühüm xal itirib. "Bornmut"la səfər matçında Yurgen Kloppun komandası hesabda iki dəfə iki top fərqi ilə irəlidə olsa da, qələbəni əldən verib.

"Bornmut" – "Liverpul" – 4:3
Qollar:
Mane, 20 (0:1), Oriqi, 22 (0:2), Uilson, 56-pen. (2:1), Emre Can, 64 (1:3), Freyzer, 76 (2:3), Kuk, 78 (3:3), Ake, 90+3 (4:3)

14 turdan sonra "Liverpul" 30 xalla 3-cü yeri tutur. "Çelsi" 34 xalla 1-ci, "Arsenal" 31 xalla 2-ci, "Liverpul"u məğlub edən "Bornmut" 18 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə