"Barselona"nın baş məşqçisi Luis Enrike "Real"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında sərt açıqlamalarla çıxış edib. Baş məşqçinin hədəfində isə türkiyəli futbolçu Arda Turan olub: "Oyunda üstün tərəf idik. Bizim üçün yaxşı nəticə olmadı. Qələbəni əldən verən biz olduq. Arda lazımsız qayda pozuntusu etdi və Serxio Ramos qapımıza qol vurdu. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi".
Qeyd edək ki, "Barselona" matçın 53-cü dəqiqəsində hesabda önə keçsə də, 90-cə dəqiqədə "Real" hesabı bərabərləşdirərək məğlubiyyətdən xilas olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB