Kubokun 1/4 finalında “Zirə” “Neftçi” ilə, "Kəpəz" "İnter"lə qarşılaşacaq

Kubokun 1/4 finalında “Zirə” “Neftçi” ilə, "Kəpəz" "İnter"lə qarşılaşacaq

Azərbaycan kubokunda 1/4 finalın iki cütlüyü məlum olub. Qol.az-ın məlumatına görə, bu mərhələdə "Zirə" "Neftçi" ilə, "Kəpəz" isə "İnter"lə qarşılaşacaq. "Zirə" 1/8 finalda "Turan Tovuz"u, "Neftçi" "Şərurspor"u, "Kəpəz" "Şahdağ"ı, "İnter" isə "Qaradağ Lökbatan"ı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 11-13 dekabr, cavab görüşləri isə 20-21 dekabr tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə