Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin iclası keçirilib. Milli Paralimpiya Komitəsinin məlumatında deyilir ki, iclasda Komitənin V hesabat-seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nın baş katibi haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Nizamnamənin tələblərinə uyğun olaraq, 2017-ci ilin fevralında ARMPK-nın V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və bununla bağlı Təşkilat Komitəsi yaradılıb. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
İcraiyyə Komitəsinin qərarı ilə ARMPK-nın baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB