AZAL “Rəvan”ı darmadağın etdi

AZAL “Rəvan”ı darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL "Rəvan"la qarşılaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən oyunun baş hakimi Fariz Yusifov olub. Ona Coşqun Həsənov, İsgəndər Əliyev və Rəşad Əhmədov kömək edib.

Baş məşqçi Tərlan Əhmədov AZAL-ın start heyətində Rəşad Əzizli, Tural Hümbətov, Kamil Hüseynov, Ruslan Əmircanov, Şirməmməd Məmmədov, Kamal Mirzəyev, İlqar Ələkbərov, Rəşad Abdullayev (k), Röyal Nəcəfov, Adan Koronado və Mirzağa Hüseynpura şans verib.

Ehtiyat oyunçular skamyasında isə Aqil Məmmədov, Qvanzav Maqomedov, Eltun Hüseynov, Aşkan Feyzi, Elnur Süleymanov, Renat Aşurov və David Canelidze gözləyib.

"Rəvan"ın ilk "11"liyində Tural Abbaszadə, Elton Xudadatov, İmran Təhmirazlı, Zahid Quliyev, Əfsər Məmmədov, Mirkamil Haşımlı, Çangiz Şahriari, Cavid Taleb, Əziz Hüseynov, Samir Abdulov və Ceyhun Abdullayev (k) yer alıb.

Ehtiyatda isə Elmir Namazov, Saed Faxarişalde, Süleyman Mustafazadə və Ülvi Kələşov olub.

Qarşılaşmada üstün oyun nümayiş etdirən "təyyarəçilər" matçın 12-ci dəqiqəsində hesabı açıblar. AZAL Şirməmməd Məmmədovun vurduğu qolla hesabda önə çıxıb. İkinci hissədə isə meydan sahibləri daha 3 qol vurublar. Matçın 62-ci dəqiqəsində Mirzağa Hüseynpur komandasının ikinci qoluna imza atıb. 80-cı dəqiqədə isə David Canelidze fərqlənib. 5 dəqiqə sonra David Canelidze dubl edərək darmadağını rəsmiləşdirib.

Beləliklə, AZAL "Rəvan"ı 4:0 hesabı ilə məğlub edib və 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə