Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oynu keçirib. SİA-nın məlumatına görə, birinci Divizion təmsilçisi "Səbail" komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb. U-19-un qollarını Bahadur Həziyev, İbrahim Əliyev və Ceyhun Muxtarlı vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB