Nigar Arpadarai: "Azərbaycan Qran Prisində 3 minə yaxın könüllü fəaliyyət göstərəcək" AÇIQLAMA
"2017-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıqlar plana uyğun şəkildə davam edir. Tikinti işlərinə isə gələn ildən start veriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətininin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.
Yanvar ayının sonundan qarajların yerləşdiyi Pit binasında müəyyən tikinti işlərinə başlanacağını qeyd edən departament rəhbəri bütünlükdə əsaslı hazırlıqların isə may ayına təsadüf edəcəyini bildirib: "Tribunalar və təhlükəsizlik baryerləri ötənilkilər istifadə olunacaq. Niyazi küçəsindəki qənbər daşları mart ayında yeni asfalt qatı ilə örtüləcək".
O, artıq könüllülər proqramının başladığını söyləyib: "Bu il yarışda 3 minə yaxın könüllü fəaliyyət göstərəcək. Könüllülər mütləq xarici dil bilməli və yaşları 16-dan yuxarı olmalıdır. Marşal klubumuz da fəaliyyət göstərir. Marşallar dekabrın 5-dən dəvət olunacaq. Bu yarışda 1200-ə yaxın marşal olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB