Bu gün ölkə kubokunda 1/8 finala start veriləcək

Bu gün ölkə kubokunda 1/8 finala start veriləcək

Bu gün ölkə kubokunda 1/8 final mərhələsinin görüşlərinə start veriləcək. SİA-nın məlumatına görə, bu mərhələ 1 qarşılaşmadan ibarətdir. İki gün ərzində reallaşacaq oyunlardan sonra 1/4 final mərhələsinin iştirakçıları müəyyənləşəcək. 1/8 finalın bütün cütlərində Premyer Liqa təmsilçiləri I divizion komandaları ilə qarşılaşacaq.
Çempionatda uğursuzluğa düçar olan "Neftçi" "Şərurspor"la üz-üzə gələcək. "Ağ-qaralar" bu görüşün favoritidir. I Divizionun iddialılarından olan MOİK "Sumqayıt"ı sınağa çəkəcək. Aşağı liqanın digər aparıcı klubu "Qaradağ-Lökbatan" "İnter"in qonağı olacaq. AZAL isə "Rəvan"la qarşılaşacaq.

Ölkə kuboku

1/8 final mərhələsi

2 dekabr (cümə)

15:00 MOİK - "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
"Bayıl Arena"

15:00 "İnter" - "Qaradağ Lökbatan"
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Cəmil Quliyev, Alik Yunusov
"İnter Arena"

16:00 AZAL - "Rəvan"
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov
"AZAL Arena"

17:00 "Neftçi" - "Şərurspor"
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Elgün Hüseynov
"Bakcell Arena"

3 dekabr (şənbə)

13:00 "Turan Tovuz" - "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov
Tovuz şəhər stadionu

13:00 "Şahdağ" - "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov
"Bayıl Arena"

15:00 "Qəbələ" - "Zaqatala"
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov
Qəbələ şəhər stadionu

17:00 "Qarabağ" - "Səbail"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov
"Azersun Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə