Ronaldinyodan ŞOK qərar: “Şapekoense”də oynamaq istəyirəm

Ronaldinyodan ŞOK qərar: “Şapekoense”də oynamaq istəyirəm

Ronaldinyo futbolçularının çoxu təyyarə qəzasında dünyasını dəyişmiş "Şapekoense" klubunda oynamaq istəyir. Goal.com-un yaydığı xəbərə görə, bu barədə braziliyalı ulduzun qardaşı və meneceri Roberto Assis açıqlama verib: "Baş verənlər çox üzücüdür. Biz hər kəsə bacardığımız qədər kömək edəcəyik. Ronaldinyo "Şapekoense"də oynamaq istəyir. Lakin bunun baş verib-verməyəcəyini əminliklə söyləyə bilmərəm. Biz burdayıq və dəstək olmaq istəyirik".

Xatırladaq ki, təyyarə qəzası nəticəsində Braziliya klubunun əksər futbolçuları həyatlarını itiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə