UEFA Çempionlar və Avropa liqalarının sonuncu qrup oyunları bir dəqiqəlik sükutla start götürəcək. Qitə futbol qurumunun mətbuat xidmətinin məlumatına görə, altıncı turun bütün görüşlərində təyyarə qəzasında həlak olmuş Braziliyanın "Şapekoense" klubunun futbolçularının xatirəsi yad ediləcək. Qeyd edək ki, Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB