Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu FOTOLAR

Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu FOTOLAR

Macarıstanın Budapeşt şəhərində keçirilmiş Avropa Şurasının İdmana məsul Nazirlərinin 14-cü Konfransı öz işini yekunlaşdırıb. Konfransda Nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti də iştirak edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, konfrans çərçivəsində nazir Azad Rəhimov ölkəmizin "Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası"na qoşulması üçün sənədə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə