Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilat məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfrans keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov iştirak ediblər.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Azərbaycan idmanının son uğurları haqqında danışıb.
Daha sonra o qeyd edib ki, Sovet İttifaqı dövründə çox böyük uğurları olan Həndbol Federasiyası əfsuslar olsun ki, bu uğurlardan kənar qalıb. Ç.Hüseynzadə bildirib ki, bu səbəbdən Milli Olimpiya Komitəsi rəhbərliyi və Gənclər və İdman Nazirliyi (GİN) federasiyada dəyişiklik edilməsi ilə bağlı qərar verib.
Daha sonra "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov təqdim olunub. O, gənclik illərindən idmana çox böyük həvəs göstərdiyini qeyd edib: "Sevinirəm ki, "Azəryol" voleybol komandasının rəhbəri olduğum illərdə onların qazandığı uğurlarda mənim də payım var. Özüm Sovet İttifaqı dövründə birinci dərəcəli futbolçu olmuşam. Əsas məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə mənə göstərdiyi etmimada görə minnətdarlığımı bildirirəm".
Nazir A.Rəhimov çıxışında dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi zamandan Azərbaycan idmanın inkişafından danışıb. O, özünün bir zamanlar həndbol üzrə yığma komandanın üzvü olduğunu xatırladıb: "Həmin dövrdə bu növə böyük maraq olub. Niyə biz ölkə başçımızın dəstəyi, idman qurğularının yüksək səviyyədə olduğu halda həndbolu inkişaf etdirməyək? İdman çox böyük strategiya əsasında işlənilməlidir. Etiraf edək ki, bir komanda ilə bu idman növünü inkişaf etdirə bilmərik. Ona görə yerli çempionatların keçirilməsi, məşqçilərin təlimlərə cəlb olunması önəmlidir".
A.Rəhimov S.Məmmədovun həndbolu sıfır vəziyyətdən qaldırmağa qadir insan olduğunu bildirib. O, dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin S. Məmmədova etimad göstərdiyini vurğulayıb.
Daha sonra"Azəravtoyol" ASC-nin sədri S.Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.
Qeyd edək ki, federasiyasının bundan öncəki prezidenti Heydər Babayev öz istəyi ilə bu vəzifədən istefası haqda ərzilə ilə müraciət edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB