Zidanın oğlu “Real”-da ilk qolunu vurub

Zidanın oğlu “Real”-da ilk qolunu vurub

Futbol üzrə İspaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. "Real" dünən öz meydanında "Leonesa" ilə qarşılaşıb.

Görüş Madrid klubunun 6:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun baş məşqçi Zinəddin Zidanın oğlu Enzo Zidan üçün əlamətdar olub. Belə ki, 46-cı dəqiqədə meydana daxil olan 21 yaşlı yarımmüdafiəçi ilk rəsmi oyununda qol vurmağı bacarıb. O, matçın 63-cü dəqiqəsində fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə