Klub prezidenti: Əmrə Bəlözoğlu "Fənərbaxça"ya getməyəcək

Klub prezidenti: Əmrə Bəlözoğlu "Fənərbaxça"ya getməyəcək

"Başakşəhər" klubunun prezidenti Göksal Gümüşdağ komandanın kapitanı Əmrə Bəlözoğlunun "Fənərbaxça"ya keçəcəyi haqda iddilara münasibət bildirib. Türkiyə mətbuatının yazdığına görə, o, yayılan xəbərləri təkzib edib: "Kapitanımızın bir yerə getməsinə icazə vermərəm. Onunla mövsümün sonuna qədər müqaviləmiz var. Əmrə ən önəmli oyunçumuzdur. Kapitanımız olaraq qalacaq".

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2008-2012 və 2013-2015-ci illərdə "Fənəraxça"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə