FIFA futzal üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, hesabında 1435 xal olan Azərbaycan millisi 10-cu pillədəki mövqeyini qoruyub.
"Avro-2018"in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Macarıstan 30-cu, Bosniya və Herseqovina yığması isə 38-ci pillədə yer alıb.
Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1891 xalla ikinci, Rusiya komandası isə 1758 xalla üçüncüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB