AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
27 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XIII turunun AZAL – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
Oyunun 85-ci dəqiqəsində AZAL klubunun 77 №-li futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).
28 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XIII turunun "Zirə" – "İnter" matçında "İnter" klubunun 4, "Zirə" klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub (maddə 40).
Oyunun 66-ci dəqiqəsində "İnter" klubunun 27 №-li futbolçusu Adrian Scarlatake ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).
27 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XIII turunun "Kəpəz" – "Neftçi" matçında meydan sahibi klub Əsasnaməyə uyğun olaraq, qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün klub 1600 manat cərimə olunub (maddə 60).
29 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XIII turunun "Qarabağ" – "Qəbələ" matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
- "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
- Oyunun 39-cu dəqiqəsində "Qarabağ" klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub (maddə 62).
- Oyunun 90+4-cü dəqiqəsində "Qarabağ" klubunun 20 №-li futbolçusu Riçard Almeida aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub (maddə 38.3).
- Matçın video yazısını izlədikdən sonra müəyyən olunmuşdur ki, oyunun 90+4-cü dəqiqəsində "Qarabağ" klubunun 91 №-li futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub (maddə 37.1).
- "Qarabağ" klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
- Növbəti ev oyunlarında "Qarabağ" klubu təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.
- Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.
18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun AZAL – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).
Oyunun 61-ci dəqiqəsində AZAL klubunun 2 №-li futbolçusu Elşad Manafov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub (maddə 48).
25 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIII turunun "Ağsu" – "Şəmkir" matçının 80-cı dəqiqəsində "Şəmkir" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub (maddə 52).
25 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIII turunun "Qaradağ Lökbatan" – "Turan Tovuz" matçında "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
21 noyabr 2016-cı il Bakcell U-17 Liqasında "Neftçi" İK İB – "Xəzər Lənkəran" matçının 85-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 42 №-li futbolçusu Şükür Babayev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
21 noyabr 2016-cı il U-16 Liqasında "Turan" (Tovuz) – AZAL (Bakı) matçının 63-cü dəqiqəsində "Turan" klubunun 13 №-li futbolçusu Sahil Salmanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
27 noyabr 2016-cı il U-14 Liqasında "Qarabağ" – "Zirə" matçının 46-cı dəqiqəsində "Qarabağ" klubunun 17 №-li futbolçusu Sənam Şahverdiyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
27 noyabr 2016-cı il U-14 Liqasında "Horodiz"(Füzuli) – UGİM (Beyləqan) matçının 57-ci dəqiqəsində "Horodiz" klubunun məşqçisi Vidadi Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 62).
27 noyabr 2016-cı il U-14 Liqasında "Kürdəmir" Gİİ – UGİM (Göyçay) matçının 42-ci dəqiqəsində UGİM klubunun 8 №-li futbolçusu Vasif Yusifov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.3).
27 noyabr 2016-cı il U-14 Liqasında "Daşqın" (Zaqatala) – UGİM (Mingəçevir) matçının 51-ci dəqiqəsində UGİM klubunun 18 №-li futbolçusu Əli Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
27 noyabr 2016-cı il Coca-Cola U-13 Liqasının TİM UĞUR (Gəncə) – "Kəlbəcər" (Gəncə) matçında Kəlbəcər klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).
27 noyabr 2016-cı il U-10 Liqasının Təhsil FM (Bakı) – "Zirə" FK (Bakı) matçında Zirə klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).
26 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin "King Elektrik" – "Marafon Futsal" matçının 24-cü dəqiqəsində King Elektrik klubunun 8 №-li futbolçusu Elvin Bayramov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
27 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Obolon" – "Biləsuvar" matçının 26-cı dəqiqəsində "Biləsuvar" klubunun 77 №-li futbolçusu Vüsal Poladov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
27 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Bayker" – FKİT matçının 50-ci dəqiqəsində "Bayker" klubunun 9 №-li futbolçusu Nicat Baxşıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
27 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Təbriz" – "Ulduz" matçının 47-ci dəqiqəsində "Təbriz" klubunun 4 №-li futbolçusu İlqar Qariyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB