Azərbaycanın milli komandası Gürcüstana yollanıb

Azərbaycanın milli komandası Gürcüstana yollanıb

Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.

SİA-nın məlumatına görə, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.

Ötən gündən start götürən toplanışda Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi titullu cüdoçular yer alır.

Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.

Bütün xəbərlər Facebook səhifəmizdə