"Mançester Siti"də oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. İngilis klubunun rəsmi saytının yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən, İlkay Gündoğan ötən ayın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, türk əsilli alman yarımmüdafiəçi oktyabrda 4 oyunda iştirak edib. O, həmin ay "Vest Bromviç"lə görüşdə 2 qol vurub, 1 qolun ötürməsini verib. İ.Gündoğan Çempionlar Liqasında "Barselona" ilə ev oyununda da dubla imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB