"Bu gün reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dilinin normalarının çoxlu sayda pozulmasının şahidi oluruq. Bunların hamısı biganəlikdən irəli gəlir. Bir çoxları belə səhvləri görəndə öz işlərini, tələsməklərini bəhanə gətirərək buna göz yumurlar". SİA-nın məlumatına görə, bunu tanınmış diktor, Respublikanın Xalq artisti Ofelya Sənani deyib.
O qeyd edib ki, hər kəs ədəbi dilin normalarının pozulmasına diqqət etməli və bunu qabartmalıdır: "Biz öz dilimizi sevməli, adət-ənənələrimizi qorumalıyıq. Mən Milli Televiziya və Radio Şurasının üzvüyəm . Bütün verilişlərimizi izləyirəm. Səhv görəndə vərəqə qeyd edirəm və sonra onu müzakirə edirik. Hansısa veriliş adət-ənənələrimizə uyğun olmayanda, orada səhvlər gedəndə studiyaya getməyə imkanın olmayanda müdriyyətə zəng edirəm. Şəhərdə hansısa reklam səhv olanda, həmin yerə girib xahiş edirəm ki, onu düzəltsinlər. Bəzən reklamlarda ingilis dilində də səhv yazırlar. Dil normalarının pozulması ilə bağlı səhvlərə biganə qalmamalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB