Akif Əliyev: "Milli komandamızın nəticələri qənaətbəxşdir" AÇIQLAMA
"Güləşçilərimiz Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə yüksək səviyyədə hazırlaşmışdılar. Azərbaycan Güləş Federasiyası tərəfindən idmançılarımızın hazırlığı üçün bütün lazımi şərait yaradılmışdı. Onlar da yarışda 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla bütün xalqımızı sevindirdilər". Bunu SİA-ya açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçi əvəzi Akif Əliyev deyib.
O, əzmkarlıqla mübarizə aparıb uğurlu nəticələr qazanan idmançılarımızla yanaşı, təcrübəsinin azlığından gözlənilən nəticələri göstərməyən gənc güləşçilərin olduğunu da qeyd edib: "Milli komandamızın ümumi nəticələri qənaətbəxşdir. Gənc idmançılardan 59 kq çəki dərəcəsində Murad Məmmədov və Kərim Cəfərov ikinci ildir ki, böyüklərin komandasında yarışlarda iştirak edirlər. Onlardan uğurlu nəticələr gözləyirdik, ancaq alınmadı. Bu çəkidə üstünlüyü əldə etmək üçün daha çox çalışmaq lazımdır. 66 kq-da gənc güləşçilərdən Rövşən Tağıyevin çıxışları yaxşı oldu. Bütün gənclərimiz yaxşı çıxış etmək üçün çalışdılar. Onlardan bəziləri təcrübəsizlikdən gözlənən nəticəni göstərmədilər. Həmin güləşçilərimiz hazırlıqlarını daha da gücləndirəcəklər və yeni ildən sonrakı yarışlarda öz sözlərini deyəcəklər".
A.Əliyev vuğulayıb ki, yanvar ayında keçiriləcək ölkə çempionatında bütün güləşçilər iştirak etməlidir: "Ölkə yığma komandasında iştirak etmək üçün bütün çəki dərəcələrində idmançılar Azərbaycan çempionatında iştirak etməlidirlər. Yalnız üzrlü səbəblər olduqda federasiya rəhbərliyinin qərarı ilə hansısa güləşçi ölkə çempionatına qatılmaya bilər. Məsələn, əgər idmançıda zədə olarsa, arayış şəklində həkimlər tərəfindən əsaslandırılaraq federasiya rəhbərliyinə təqdim olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB