Bu gün Azərbaycan Premyer Liqasının XIII turunda AZAL "Sumqayıt"la qarşılaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən oyunu Ramil Diniyev idarə edib. Ona Azər Əsgərov, Rahil Ramazanov və Nahid Əliyev kömək ediblər.
Baş məşçi Tərlan Əhmədov ilk 11-likdə Aqil Məmmədov, Tural Hümbətov, Kamil Hüseynov, Kamal Mirzəyev, Nuqzar Kvirtiya, Rəşad Abdullayev, Ruslan Əmircanov, David Canelidze, Emin Cəfərquliyev (k), Eltun Hüseynov və Adan Koronadoya şans verib.
Ehtiyat oyunçular skamyasında isə Rəşad Əzizli, Qvanzav Maqomedov, Ruslan Nəsirli, Aşkan Feyzi, Elnur Süleymanov, Mirzağa Hüseynpur və Şirməmməd Məmmədov gözləyib.
"Sumqayıt"ın heyətində meydana Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov (k), Məhəmməd Qurbanov, Bəxtiyar Həsənalızadə, Azər Salahlı, Mirabdulla Abbasov, Amit Quluzadə, Ayaz Mehdiyev, Afşin Esmaeilzadə və Xəyal Nəcəfov çıxıb.
Ehtiyat oyunçular sırasında isə Tərlan Əhmədli, Seymur Əsədov, Vaqif Cavadov, Nicat Muxtarov, Amil Yunanov, Süleyman Əhmədov və Kamran Abdullazadə yer alıb.
Oyunda hesab 38-ci dəqiqədə açılıb. "Təyyarəçilər"in futbolçusu Nuqzar Kvirtiya rəqibi oyuna mərkəzdən başlamağa vadar edib. İlk hissə AZAL-ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə də hər iki komanda qol vurmaq üçün mübarizə aparıb. Görüşün 85-ci dəqiqəsində hakim AZAL-ın legioner futbolçusu Adan Koronadoya qırmızı vərəqə göstərib. Bundan 1 dəqiqə sonra "Sumqayıt" hesabı bəraləşdirib. Amil Yunanovun penaltidən vurduğu qol hesabda tarazlıq yaradıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB