Messi ÇL-də həftənin ən yaxşı futbolçusu seçilib

Messi ÇL-də həftənin ən yaxşı futbolçusu seçilib

"Barselona"nın oyunçusu Lionel Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib. SİA-nın məlumatyına görə, argentinalı ulduz azarkeşlərin 46% səsini toplamaqla Marko Roys (43%) və Rafael Varanı (3%) geridə qoyub. Messi qrup mərhələsində "Seltik"ə qarşı səfər matçında dubla imza atmışdı. O, "Barselona"nın heyətində beynəlxalq turnirlərdə 100-cü qolunu da Qlazqoda rəqib qapısından keçirmişdi.

Həftənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən səsvermədə Xuan Kuadrado (3%), Antuan Qrizmann (2%), Riyad Mahrez (2%), Edinson Kavani (1%) və Marek Hamşik (0%) də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə