“Kəpəz” Gəncəyə gedir

Topaz Premyer Liqasının XIII turunda Gəncədə "Neftçi"ni qəbul edəcək "Kəpəz" bu oyunla bağlı hazırlığın əsas hissəsini başa vurub. SİA-nın məlumatına görə, həftəboyu Bakıda hazırlaşan komanda bu gün Nizami yurduna gedəcək. Otelə yerləşib yol yorğunluğunu aldıqdan sonra "sarı-göylər" matçın keçiriləcəyi arenada son məşqə çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.

Məşq azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə