Futbol üzrə Türkiyə superliqasında 12-ci tura start verilib. Dünən iki qarşılaşma keçirilib. Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Qalatasaray"la qarşılaşıb. Matç İstanbul klubunun 3:1 hesablı qələbə ilə başa çatıb. D.Yılmaz 90 dəqiqə meydanda olub. Turun digər oyununda "Alanyaspor" "Kayserispor"a 3:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, hazırda turnir cədvəlinə 29 xalla "İstanbul Başakşehir" başçılıq edir. "Beşiktaş" 27 xalla 2-ci, "Qalatasaray" 3-cüdür. Hərəyə 21 xal toplayan "Fənərbaxça" və "Bursaspor" 4-5-ci pillələri bölüşdürür.
25 noyabr
"Qalatasaray" - "Bursaspor" - 3:1
Qollar: Kubilau Kanatsizkus, 14 (0:1), Yasin Öztekin, 32 (1:1), Uesli Sneyder, 55 (2:1), Eren Derdiyok, 90 (3:1)
"Alanyaspor" - "Kayserispor" - 3:0
Qollar: Ayzek Saki, 48, Vaqner Lav, 87-prn, Emre Akbaba, 90-pen
26 noyabr
"Karabükspor" - "Qaziantepspor"
"Akhisar" - "Kasımpaşa"
"Antalyaspor" - "Adanaspor"
"Beşiktaş" - "İstanbul Başakşehir"
27 noyabr
"Gənclərbirliyi" - "Trabzonspor"
"Rizəspor" - "Fənərbaxça"
28 noyabr
"Konyaspor" - "Osmanlıspor"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB