Qadın güləşçilərimiz “Qızıl Qran Pri”də 3 medal qazandılar

Qadın güləşçilərimiz “Qızıl Qran Pri”də 3 medal qazandılar

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi davam edir. SİA-nın məlumatına görə, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıblar. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla irəliləyib. Ancaq o, final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə