Bu gün Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezident seçkisi keçirilib. SİA-nın məlumatına görə, bu vəzifəyə növbəti 4 il müddətinə qurumun hazırkı prezidenti Xose Perurena Lopez seçilib. İCF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.
Qeyd edək ki, Xose Perurena Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner İCF-yə 2008-ci ildən rəhbərlik edir. X.Perurena 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB