"Real"ın futbolçusu Qaret Beyl tibbi müayinədən keçib. Bu barədə klubun saytı xəbər yayıb. Məlumata görə, uelsli yarımmüdafiəçinin zədəsinin ciddi olduğu və əməliyyat olunacağı bildirilib. İspaniya mətbuatı Q.Beylin 4 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, bundan əvvəl Q.Beylin "El-Klassiko"nu buraxacağı açıqlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB