Fransanın "Lill" futbol klubunun baş məşqçisi Frederik Antonetti ilə müqaviləyə xitam verib. Bu barədə fransız klubunun rəsmi saytı məlumat yayıb. Rəhbərliyin 55 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son qoymasına səbəb kimi cari mövsümdə qeydə alınan uğursuz nəticələr göstərilib.
Antonettinin istefasından sonra komanda müvəqqəti olaraq Patrik Kolloya tapşırılıb. Qeyd edək ki, Fransa çempionatında 13 oyundan cəmi üçündə qələbə qazanan "Lill" hazırda 19-cu pillədə yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB