FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, ötən ayla müqayisədə komandamız 2 pillə geriləyib və hazırda 386 xalla 90-cı pillədə qərarlaşıb.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 3-cü (-1), Şimali İrlandiya 32-ci (+4), Çexiya 43-cü (-3), Norveç 84-cü (-3), San Marino isə 202-ci (-1) pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB