“Qızıl Qran-pri”nin iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər FOTOLAR

“Qızıl Qran-pri”nin iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər FOTOLAR

Bu gün Bakı İdman Sarayında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsi başlayıb. SİA-nın məlumatına görə, yarışın açılış mərasimindən öncə beynəlxalq turnirin iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dünya Güləş Birliyinin, Beynəlxalq Güləş Federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərən Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Turnir iştirakçıları abidə önündə xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, noyabrın 26-dək keçiriləcək beynəlxalq turnirin final mərhələsində 50-dən çox ölkədən 700-ə yaxın pəhləvan mübarizə aparır.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" beynəlxalq turniri Beynəlxalq Güləş Federasiyasının təqvim planında ən mühüm yarışlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə