İCF prezidenti: "Azərbaycan beynəlxalq irimiqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malikdir" AÇIQLAMA
"Bu, Azərbaycana 3-cü səfərimdir. İlk gəlişim 2011-ci ildə Beynəlxalq Prezident Kuboku Reqatası vaxtı baş vermişdi. Ondan sonra "Bakı-2015" I Avropa Oyunlarında iştirak etmişdim. İndi isə burada iclasda iştirak edirik. Azərbaycanda beynəlxalq yarışların təşkili üçün yüksək səviyyəli infrastruktur mövcuddur". Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopez deyib.
O qeyd edib ki, İCF-nin növbəti Konqresinin Bakıda keçirilməsindən böyük məmnunluq hissi duyur: "İCF Konqreslərini iki ildən bir keçirir. Sonucu Konqresdə qərara gəlmişdik ki, növbəti iclası Tunisdə keçirək. Təəssüf ki, Tunisdə terror hücumları baş verdiyinə görə, federasiyanın Rəyasət Heyəti növbəti Konqresi digər ölkədə keçirməyi qərara aldı. Mən Azərbaycanın Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə danışıqlar apardım. Azərbaycan tərəfi və İCF-nin Rəyasət Heyətinin razılığı ilə növbəti Konqresi Bakıda keçirməyə qərar verdik. Yüzdən çox ölkənin nümayəndəsinin Bakıda qəbul edilməsi və tədbirin təşkili böyük məsuliyyət və peşəkarlıq tələb edir. Azərbaycanın yüksək potensialı ilə tanışam və bilirəm ki, bu ölkə beynəlxalq irimiqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. Dünən Rəyasət Heyətimizin iclasında yekdilliklə Bakıdakı şəraitdən böyük razılıq ifadə olundu".
İCF prezidenti Növbədənkənar Konqresdə strukturla bağlı səsverməyə də münasibət bildirib: "Kanoe ictimaiyyəti və iclaslarımız demokratikdir. Demokratik baxışla ümumi sistemin qəbul edilməsi bir qədər müəmmalı görünər. Çünki ümumi sitemin hər bir predmentinin xüsusi mövqeyi ola bilər. Ona görə də konqres iştirakçıları hər bir predmentə ayrıca səs verməyə üstünlük verdilər. Bu, bizim üçün çox vacibdir. Çünki bu tədbir Növbədənkənar Konqresdir. 20-20 formatında yeni idarəçilik strukturunu müzakirəyə qoyduq və bu da gündəmdə vacib yer tutur. Çox şadam ki, bütün Konqres nümayəndələri hər bir predment üzrə tam səs verdilər.
Bu gün bizim iclasımızda ancaq struktur məsələləri müzakirəyə qoyuldu. Sabah isə növbəti iclasda İCF-nin yenidən prezidenti seçiləcək. Burada hər qitədən 4 üzv iştirak edir. Mən Azərbaycan nümayəndəliyinə də təklif etdim ki, gələcək üçün bu istiqamət üzrə irəli addım atsınlar. Çünki, Azərbaycan kanoe sahəsində çox güclü ölkədir".
Xose Perurena Lopez Azərbaycanın yüksək potensiallı idmançıları olduğunu vurulayıb: "Ölkənizdə beynəlxalq idman yarışlarını keçirmək üçün yüksək şəraitlə yanaşı, kanoe sahəsində çox potensiallı idmançılarınız var. İlk Avropa Oyunları zamanı Mingçevridəki şəraitlə tanış oldum. Orada yüksək struktur yaradılıb. Amma mən Bakıya daha çox üstünlük verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB