Xəzər rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Xəzər rayon Gənclər və İdman idarəsi ilə birlikdə 5 saylı Bakı Peşə Məktəbində "Narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlər Proqramı"nın icrasının təmin olunması, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, onların idmana cəlb olunması, ayrı-ayrı idman növlərinin təbliğ edilməsi "İdman – Narkomaniyaya qarşı" devizi altında kütləvi idman tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə idmançılar tərəfidən idmanın Taekvando, Cüdo, Kosiki Karate, Kikboksinq, Sambo, Voleybol, Basketbol növləri üzrə nümunəvi çıxışları izlənilib, 5 saylı Bakı Peşə Məktəbinin tələbələri tərəfindən mövzuya uyğun təqdimat keçirilib.
Тədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Rəşad Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev çıxış ediblər.
Xəzər rayonunda yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliğ olunması istiqamətində keçirilən tədbirlərdə göstərdikləri fəallığa görə, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən məşqçi müəllimlərə təşəkkürnamələr təqdim edilib.
Tədbirdə iştirak edən gənclərə narkomanlığın ziyanı, sağlam həyat tərzinin təbliği ilə bağlı məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB