FİFA-dan Şimali İrlandiya və Uels millilərinə zərbə

FİFA-dan Şimali İrlandiya və Uels millilərinə zərbə

FİFA Şimali İrlandiya və Uels millilərinə qarşı intizam işi açıb. Buna səbəb hər iki yığmanın DÇ-2018-in seçmə mərhələsinin IV turunun oyununa formlarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan qırmızı lalənin təsviri ilə çıxması olub. FİFA bunu siyasi rəmz hesab edir. Buna görə də hər iki futbol assosiasiyasına qarşı intizam sanksiyaları tətbiq edilə bilər. Qeyd edək ki, Şimali İrlandiya FİFA qaydalarını DÇ-2018-in seçmə mərhələsində millimizə qarşı oyunda (4:0) pozub.

Bütün xəbərlər Facebook səhifəmizdə