"Sumqayıt"ın heyətində ciddi itki

"Sumqayıt"ın heyətində ciddi itki

Azərbaycan Premyer Liqasının son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" 2 günlük istirahəti başa vurub. SİA-nın məlumatına görə, "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verən komandada 2 futbolçu zədə səbəbindən məşqlərə qatılmır. Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışır. "Sumqayıt" FK-nın növbəti məşqi noyabrın 24-də saat 11:00-da olacaq.

Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda "AZAL Arena"da keçiriləcək AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə