Bakı Marşal Klubunun əməkdaşları Bəhreyndə səfərdə olublar FOTOLAR

Bakı Marşal Klubunun əməkdaşları Bəhreyndə səfərdə olublar FOTOLAR

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun (BMK) 28 nəfərdən ibarət nümayəndə heyəti 15-20 noyabr 2016-cı il tarixlərində Bəhreyndə işgüzar səfərdə olub. SİA-nın məlumatına görə, səfər çərçivəsində klub üzvləri Bəhreyn treki və yarış idarəetmə mərkəzi ilə yaxından tanış olublar və eyni zamanda Bəhreyndə keçirilən FİA 2016 Dünya Dayanıqlıq Çempionatının altı saatlıq yarışında marşal qismində iştirak ediblər.

Nümayəndə heyətinə başçılıq edən BMK-nın rəhbəri Çingiz Mehdiyev səfərin məhsuldar keçdiyini bildirib: "Bu, bizim Bəhreynə sayca 3-cü səfərimizdir. On ildən çoxdur ki, Bəhreyn Beynəlxalq Treki hər il müxtəlif beynəlxalq avtomobil yarışlarına evsahibliyi edir. Bəhreynli marşallar böyük təcrübəyə malikdirlər və biz onlarla sıx əməkdaşlıq edirik. Onlar bizim marşallar üçün təlimlər təşkil edirlər, öz bilik və təcrübələrini bizimlə paylaşırlar. Artıq Bakı Marşal Klubunun nümayəndələri yetərincə təcrübə əldə ediblər və Bəhreyndə təşkil olunmuş bu yarışda klubumuzun üzvləri bəhreynli həmkarları ilə birlikdə öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər".

Marşallıq fəaliyyəti ilə bağlı daha ətraflı məlumat almaq istəyənlər aşağıdakı əlaqə vasitələri ilə BMK-a müraciət edə bilərlər:

· Rəsmi sayta keçid: https://www.bakucitycircuit.com/az/haqqimizda/marsallar

· Rəsmi Facebook səhifəsi: https://www.facebook.com/BakuMarshalsClub/

· Email: [email protected]

· Telefon: (012) 404 13 83

.

Bütün xəbərlər Facebook səhifəmizdə