Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə "Qarabağ" klubuna "Uğurlar, "Qarabağ" adlı dəstək videosu hazırlanıb. SİA-nın məlumatına görə, ATV kanalının idman jurnalisti Sənan Şəfizadənin təşəbbüsü ilə hazırlanan videoda Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev, Olimpiya və Avropa çempionu Toğrul Əsgərov, beşqat dünya və onqat Avropa çempionu Rafael Ağayev, ikiqat paralimpiya, altıqat Avropa və ikiqat dünya çempionu İlham Zəkiyev çəkilib.
İdmançılar "Qarabağ" klubuna Avropa Liqasının 5-ci turunda Çexiyada keçiriləcək "Slovan"la oyunda uğurlar arzulayıb, onları turnirin pley-off mərhələsində görmək istədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB