"Neftçi" Jonas Pesalli ilə müqaviləni uzadacaq

"Neftçi" Jonas Pesalli ilə müqaviləni uzadacaq

"Neftçi" mövsümün əvvəlində heyətinə qatdığı Jonas Pesalli ilə bağlı qərar qəbul edib. SİA-nın məlumatına görə, komandanın baş məş məşqçisi Elxan Abdullayev 26 yaşlı futbolçunun çıxışından razıdır. "Ağ-qaralar" braziliyalı yarımmüdafiəçi ilə qışda müqaviləni mövsümün sonuna qədər uzadacaq.

Xatırladaq ki, Pesalli "Neftçi" ilə 2,5 aylıq müqavilə imzalamışdı.

Əlavə edək ki, "Neftçi" yayda heyətinə cəlb etdiyi Katalin Tira, Dario Melnyak və Denilson Pereyra ilə yollarını ayırıb. Elxan Abdullayev Vançe Şıkov və Krşevan Santinini də sərəncamında görmək istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə