Voleybol klublarımızın rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib
Bakının qadınlardan ibarət "Azərreyl" və "Telekom" voleybol klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib. SİA-nın məlumatına görə, "Azərreyl" ev oyunlarını Azərbaycan Voleybol Mərkəzində keçirəcək. Təmsilçimizin doğma meydanda keçirəcəyi hər 3 görüşü saat 18:00-da başlayacaq.
"Telekom" isə yerli azarkeşlər önündə saat 17:00-da oynayacaq. Görüşlər "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB