Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "Futbol+" qəzetinin əməkdaşı Şəfi Şəfiyevin noyabrın 18-də "İnter Arena"da keçirilən I Divizionun "Bakılı" – "Energetik" oyunundan sonra üzləşdiyi zorakılığa da hüquqi qiymət verilib.
I divizionun XII turunun "Bakılı" – "Energetik" matçı başa çatdıqdan sonra "Energetik" klubunun futbolçusu Tural Məmmədov KİV nümayəndəsinə qarşı təhqiredici sözlərə və hədə-qorxu gəldiyinə görə 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB