Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" dünən Türkiyə superliqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Ərsun Yanalın komandası 11-ci turda dünən öz meydanında "Antalyaspor"la qarşılaşıb. Oyun qonaqları qələbəsi ilə başa çatıb – 1:0.
Şeydayev sözügedən oyunun 18-liyində yer almayıb. Qeyd edək ki, "Trabzonspor" 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB