Murad Məmmədov C qrupunun oyunlarında

Murad Məmmədov C qrupunun oyunlarında

Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. SİA-nın məlumatına görə, o, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda İspaniyanın "İnter FS", Çexiyanın "FK EP Chrudim", Serbiyanın "KMF Ekonomac" və Sloveniyanın "SD Brezje Maribor" komandaları yer alıb. Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki "Dvorana Tabor" arenasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə