Çingiz Hüseynzadə: "Ölkəmizdə Olimpiya hərəkatı daha da güclü olacaq"

Çingiz Hüseynzadə: "Ölkəmizdə Olimpiya hərəkatı daha da güclü olacaq"

"Bu il Azərbaycan idmanı üçün çox uğurlu olub. İdmançılarımız "Rio-2016" Yay Olimpiya Oyunlarında 18 medal qazanıblar.10 idmançımız isə ilk beşliyə daxil olub. Nəticələri qoruyub saxlamaq üçün idmanımızda yeni gənc nəsil formalaşdırmaq lazımıdır. Buna görə idmana yeni uşaqlar qoşmaq gərəkdir". Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Olympic Moves" məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimində deyib.

O qeyd edib ki, yeni gənc idman nəslini formalaşdırmağa məhz kütləviliklə nail olmaq olar: "Ötən il keçirdiyimiz bu tədbir çox uğurlu alındı. Layihədə 52 mindən çox idmançı, Bakının bütün məktəbləri, onların rəhbərləri, idman müəllimləri fəal iştirak etdilər. Milli Olimpiya Komitəsinə dəstək olan Təhsil, Gənclər və İdman Nazirliyi, "Coca-Cola" şirkətinə minnətdarlığımı bildirirəm. İmzaladığımız yeni memorandumun nəticəsində ölkəmizdə Olimpiya hərəkatı daha da güclü olacaq. Ötən ilki tədbirdən sonra mindən artıq uşaq həmin idman növlərinə yazılıb, məşğul olurlar. Hər zaman Azərbaycanın idman ölkəsi olduğu deyilir. İstəyərdim ki, bundan sonra Azərbaycanın gənc idmançılar ölkəsi olduğu deyilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə