İstanbul derbisini “Fənərbaxça” qazandı!

İstanbul derbisini “Fənərbaxça” qazandı!

Noyabrın 20-də futbol üzrə Türkiyə Super Liqasının XI turunda İstanbul derbisi baş tutub. İstanbulun "Şükrü Saracoğlu" stadionunda "Fənərbaxça" və "Qalatasaray" klubları qarşılaşıb. Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Sarı bülbüllər"in hər iki qoluna hollandiyalı hücumçu Robin Van Persi imza atıb.

Beləliklə, bu qələbədən sonra "Fənərbaxça" xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində əzəli rəqibi "Qalatasaray"ı geridə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə