Kosta-Rika yığmasının sabiq futbolçusu Qabriel Badilya 32 yaşında ürək dayanmasından ölüb. TASS agentliyi bu barədə xəbər yayıb. Xəbərə görə, hadisə idmançının iştirak etdiyi yüngül atletika yarışlarında baş verib. 10 km məsafəyə qaçışda iştirak edən Q.Badilyanın halı finişə 200 m qalmış qəflətən pisləşib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyib. 2001-ci ildən Kosta-Rika yığma komandasında oynayan, bu il karyerasını başa vuran Q.Badilyanın ölümünə səbəb qəfil ürəyinin fəaliyyətinin dayanması olub. Qabriel Badilyanın son klubu Kosta-Rikanın "Saprissa" klubu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB