“Fiorentina” darmadağına sevindi

“Fiorentina” darmadağına sevindi

Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" bu gün A seriyasında 13-cü turun oyununa çıxıb. "Empoli"nin qonağı olan florensiyalılar 4:0 hesabı ilə qalib gəliblər. Qolları Frederiko Bernarderski (26, 61) və Josip İliçiç (47-pen., 67) vurublar.

12 oyundan 20 xalı olan "Fiorentina" hazırda turnir cədvəlində 8-ci yeri tutub. Onların rəqibləri ilə müqayisədə ehtiyatda bir oyunları var.

Bütün xəbərlər Facebook səhifəmizdə