"Mançester Siti" Lionel Messi üçün "Barselona"ya 200 milyon funt (təqribən 234 milyon avro) ödəməyə hazır olduğu bildirib. Bu haqda Britaniyanın "Mirror" nəşri məlumat yayıb. Futbolçunun özünə isə həftəlik 500 min funt (təqribən 584 min avro) təklif edilib. Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsnin müddəti 2018-ci ilin yayında başa çatır. Hələlik tərəflər müqavilənin müddətini uzatmayıblar.
İngiltərədə güman edirlər ki, Xosep Qvardiolanın "Mançester Siti"də işləməsi Messinin bu kluba keçidində önəmli rol oynaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB