Premyer Liqanın XII turuna yekun vurulacaq

Premyer Liqanın XII turuna yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq. SIA-nın məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Sumqayıt" doğma azarkeşlər önündə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar turnir cədvəlin müvafiq olaraq 6 və 7-ci pillələrdə qərarlaşıb. "Neftçi" səfər qələbəsi sayəsində xal ehtiyatını 12-yə çatdıracaq. Nəticədə Bakı klubu "Sumqayıt"ı geridə qoyaraq "Kəpəz"lə xallarını eyniləşdirəcək. "Sumqayıt" isə qələbə qazanarsa, "Kəpəz"i qabaqlayaraq 5-ci pilləyə yüksələcək. Komandalar bugünədək 17 oyunda qüvvəsini sınayıb. Bu görüşlərin 10-u "Neftçi"nin, 5-i isə "Sumqayıt"ın üstünlüyü ilə başa çatıb. 2 oyunda isə qalib müəyyənləşməyib. "Sumqayıt" son iki matçda eyni – 2:1 hesablı qələbə qazanıb.

"Neftçi" 10 oyundur meydanı qolsuz tərk etmir.

Günün və turun son oyununda isə "İnter" və AZAL komandaları qarşılaşacaq. "Bankirlər" 3 xal sayəsində "Qəbələ" və "Qarabağ"la xal fərqini 5-ə endirəcək və 3-cü pillədə möhkəmlənəcək. AZAL isə sonuncu pillədən xilas olmaq üçün xal ehtiyatını artırmalıdır. Komandalar 31 oyunda üz-üzə gəlib. 13 dəfə "İnter", 5 dəfə isə AZAL qələbə qazanıb. 13 oyunda isə komandalar meydanı sülhlə tərk edib. AZAL son 12 oyunda qələbə qazana bilmir. Ardıcıl 5 ev oyununda xal itirməyən "İnter" bunların son dördündə qol da buraxmayıb.

Azərbaycan Premyer Liqası, XII tur

20 noyabr

14:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əhmədağa Cabbarov

Sumqayıt. "Kapital Bank Arena"

16:00. "İnter" - AZAL

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov Bakı. "İnter Arena"

Qeyd edək ki, turun ilk oyun günündə meydan sahibləri qələbə qazanıb. "Qəbələ" "Zirə"ni, "Qarabağ" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə