“Telekom” “Azərreyl” üzərində qələbə qazanıb

“Telekom” “Azərreyl” üzərində qələbə qazanıb

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin ilk qarşılaşması keçirilib. "Azərreyl" Voleybol Mərkəzində "Azəryol" və "Telekom" komandaları qarşılaşıb. İlk iki seti "rabitəçilər" aktivlərinə yazıblar - 26:24 və 25:13. Üçüncü və dördüncü setlərdə qalib gələn "dəmiryolçular" oyunda hesabı bərabərləşdiriblər - 31:29 və 25:18. Qarşılaşmada qalib beşinci setdə məlum olub. Daha dəqiq oynayan "Telekom" komandası seti 15:9 hesabı ilə qalib başa vuraraq, oyunda qələbə qazanıb - 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə