Elis Manolova: "Rəqiblərimdən üstün olmağa çalışacağam" AÇIQLAMA

Elis Manolova: "Rəqiblərimdən üstün olmağa çalışacağam" AÇIQLAMA

"Bakıda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlaşırıq. Təlim-məşq toplanışımız yüksək səviyyədə gedir. Ötən həftə Rusiyada beynəlxalq turnirdə yarışırdıq. Komandamız yaxşı çıxış etdi və gümüş medal qazandı. "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində də güləşçilərmnizin yüksək nəticələr əldə edəcəklərinə inanırıq". Bunu SİA-ya açıqlamasında qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Elis Manolova deyib.

O, mübarizə apardığı 69 kq çəki dərəcəsində güclü idmançıların olduğunu bildirib: "Mənim çəkimdə (69 kq) iddialı idmançılar çoxdur. Rusiya, Yaponiya, Qazaxıstan və digər ölkələrdən güclü rəqiblərim var. Olimpiya çempionu Natalya Vorobyova da 69 kq çəkidə güləşir. Bütün gücümlə güləşərək, rəqiblərimdən üstün olmağa çalışacağam".

Güləşçi Azərbaycan milli komandasında 69 kq çəki dərəcəsində rəqabət apardığı idmançı oldmadığını qeyd edib: "Yığma komandada bu çəkidə hələ ki, tək güləşirəm. Yaşım hələ azdır, məni gələcəkdə daha çox yarışlar gözləyir. Həm gənclər yığmasında, həm də əsas milli komandada çıxş edirəm. Gələn il IV İslam Həmrəyliyi Oyunlarında da mübarizə aparmaq üçün hazırlıqlı olmağa çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə